Güney Azərbaycan İstiqlal Partiyasının 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı

B Ə Y A N A T I








20 Yanvar 1990-cı il canları, qanları bahasına Azərbaycanı müstəqilliyə qovuşduran
mübariz, əyilməz, məğrur azərbaycan xalqının qəhrəmanlıq günüdür. Bu tarixi gündə
azərbaycan türkləri Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin
Azərbaycana qarşı xəyanətkar siyasətinə, onların ölkəmizə qarşı əsassız ərazi iddiaları
irəli sürən ermənilərin məkrli siyasətinə və təcavüzkar hərəkətlərinə havadarlıq
etmələrinə qarşı çıxaraq, öz azadlıq, müstəqillik istəklərini ortaya qoydu və bu yolda
canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın igid və qəhrəman övladları
həmin günlərdə millətin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq sovet
imperiyasının zirehli silahlarına qarşı üsyan etdilər, qanları bahasına mustəqilik tarixinin
yeni səhifəsini yazmış oldular. Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20
Yanvarından 20 il keçməsinə baxmayaraq hələ də millətimiz o gecəni xatırlayır, bu faciəni
törədənlərə öz dərin nifrətini bildirir.
20 Yanvar cinayəti XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasına
daxildir. Həmin gecə sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 nəfər (20-dən
çox qadın, uşaq) şəhid edilmiş , 600-dən çox insan yaralanmışdı. Təəssüf ki, azərbaycan
xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq
müstəvidə layiq olduğu təsnifatı almayıb. 20 Yanvar hadisələri ilə bağlı 100 cildlik istintaq
materialının 69 cildi guya araşdırmaq məqsədilə Bakıdan Moskvaya, keçmiş SSRİ
Prokurorluğuna aparılsa da, bu sənədlər bir daha geri qaytarılmayıb. Çünki, 20 Yanvar
faciəsinin törədilməsində bilavasitə Kreml və M.Qorbaçov günahkardır.
Güney Azərbaycan İstiqlal Partiyası 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq bu
faciə ilə bağlı dünyada yaşayan bütün azərbaycanlılara başsaglığı verir, bu faciəni
Azərbaycan millətinə qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi hesab edir. Güney
Azərbaycan İstiqlal Partiyası Azərbaycanın bağımsızlığının əbədi yaşaması üçün var
gücüylə dövlətçiliyimizin keşiyində durmağı milli borcu hesab edir, təcavüzkar Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olmasında hər zaman Azərbaycan
dövləti və millətinin yanında olduğunu bəyan edir.


Güney Azərbaycan İstiqlal Partiyası 18.01.2010
www.gaip.org www.gaip.biz gaip@gaip.org
Tel 011 416 910 8049