Həsən Əsədi


















      
            Həsən əsədiilə musahibə
ENDİRİN















Həsən əsədi ölüm durumunda,  itlaat tərfindən vəhşicəsinə işkəncə olunmuş

Həsən əsəsi Azərbaycanın milli qəhramai  fars işqalçılar tərəfindən vəhşica işkəncə olubdır.bunuda vurqılayım ki
bütün zindanda olan milli fəallarımız çox ağır işkəncələrə məruz qalırlar.iran gızli servisi Həsəni ipdən aslıyarak
həmdə unun cinsən alətine 2 kilo ağırlığında taş aslıyarak günlər ölümünə şəllax lanmış və işkəncə altıda onu bir
türlu bəlgəleri imzalatmak istəmişler amma Həsən qəhramancasına onların bəlgəsinə tükürmüş. Və bir xain
Əfrasiyap ğəfari  mulan adında məruf qafar,bu  manqut  yalandan şəhadət vermiş ki Həsən Azərbaycanın istıqlal
partısının məsuludır və mənə indiya qədər çoxlu məqalələr və Azərbaycan konusunda bəlgələr vermiş və Həsən
demış mən bu adami tanımıram və bu tam yalan ,Əfrasiyab qəffari mulan özini Azərbaycanın istiqlal partısının
(gaip) üyəsi tanıtdırib ve onlarin içinə sızmışıni iddia edir.(əfrasiyab canbaz ayləsindəndir və tərbizin gizli servisinin
başcısının akrabasıdır bu şəxs her zaman milli fəalların peşində və hər zaman 2 başka görəvli yanında var bu fars
işqalçılari bir başka yollarla yəni imza sahtalaştırmak yoluyla fəalara qandırar ki her kəs səni itiraf eləmiş  bu
yalanlar, şəhadətler, təkcə Həsən değil bütün milli fəallara bu şantajlari yapırlar və Həsəni günler tırnaka qədər
döyüp kesib tirnakların çəkmişər yandırmşlar xaca çəkmişleər o Işkəncə altıda bayılmış ama oyananlan sonar
yenə işkəncə yapmışlar  amma Azərbaycanın qəhrəmani  hər türlü işkənciyə aslan gibi dayanmış və fars
işqalçılarına baş əyməmiş və yenilməmiş .və işkəncələr altında çoxlu qan kayb etmiş və vucudi ufunət eləmiş.
koma durmunda tərbizin ostad ali nəsəb  xəstəxanasına götürmişlər ayləsinin dediğinə görə çün bilirdilər əğər
həbsdə tutsalar ölacax və ələrində qalır.və birdə ayləsini təhdid edmişlər əğər bir yerdə danışsalar onlarıda bu
günə salacaklar.və onlari kazada öldürəcəxlar və indi ayləsi onun sağlıgıni gözlir və sağalaşandan sonar genə
həbsə götürüləcak və ayləsi  gizli servis tərəfindən çox baski altındadır ki onun durumunun normal olduğuni
desinler amma her şey göz önündədir çün işkəncənin yaralari çəkikmiş tırnaklar və bayılmış durumu və yeni
xəbərə görə onu narkotik maddə kullananlarin bölümünə götürmüşlər və orda hər gün işkəncə olunur və ölün
durumundadır .vurgulamalıyım ki  güney Aərbaynan çoxlu milli fəallari iran islam fars işqalçılar zindanlarında yaralı
əğır işkəncə altındadırlar və bir  çoxu səqat olmuşlar.













GÜNEY AZƏRBAYCANLI MILLI FƏAL HƏSƏN ƏSƏDI HƏBS EDILIB


Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi İran
Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb. Ötən il zaminə
buraxılan H. Əsədi bu il yanvarın 19-da məhkəməyə çağırılıb.

Lakin o, məhkəməyə qeyri-qanuni çağırılmasına və irəli sürülən ittihamlara etiraz əlaməti olaraq məhkəməyə
getməkdən imtina edib. Yanvarın 20-də xüsusi xidmət əməkdaşları H. Əsədinin evinə gedərək onu özləri ilə
aparıblar.

Qeyd edək ki, H. Əsədi milli fəaliyyətinə görə bir neçə dəfə də hüquq-mühafizə orqanları tərəfindən tutulub.


Fars şovinist rejimi milli fəal Həsən Əsədiyə həbsxanada olmazın işgəncələr verir

Güney Azərbaycan Milli Hərəkatının fəalı Həsən Əsədi fars şovinist rejiminin böyük vəhşiliyilə üzləşib. Belə ki,
soydaşımız həbsdə olduğu müddətdə olmazın işgəncələrə məruz qalıb.GAİP-ə istinadən yaydığı məlumata görə,
“Ettelaat” Həsən Əsədini ipdən asaraq başıaşaği sallayıb. Eyni zamanda onun cinsi orqanına 2 kiloqram
ağırlığında daş bağlayaraq günlərlə şallaqlayıblar. Bununla da işgəncələrlə onu bir sıra sənədləri imzalamağa
məcbur etmək istəyiblər. Ancaq Həsən Əsədi bütün işgəncələrə qəhrəmancasına sinə gərərək fars şovinistlərinin
arzusunu ürəyində qoyub. Lakin fars şovinistləri Həsən Əsədini işgəncə makinasına bağlayaraq ot kimi
presləməklə əzab veriblər.
Qeyd edək ki, bu alət insanın bir tərəfinə bağlanılır və maşın əks tərəfdən hərəkət edərək adamın bədənini sixir.
Bu makina elə düzəldilib ki, işgəncə olunan şəxsin bədənində zahiri iz buraxmır. çünki alət presləyən hissəsində
rezindən istifadə olunub. Ona görə də insan bədəninə vurduğu yaralar açıq-aşkar görünmür, qaraltı və goyərti
buraxmır. üzərlərində belə bir işgəncə həyata keçirilmiş insanlar bildirilər ki, presləmə qurban bayılanadək
təkrarlanır. Sonra onun ayılmasını gözləyir və həmin işgəncəni yenidən davam etdirirlər. Buna son qoyulması
üçünsə işgəncəyə məruz qalmış şəxsdən onun əleyhinə qondarma sənədlər hazırlanması üçün bir imza istənilir.
Əslində bunlar qondarma sənədlər və etiraf almaq tələsi deyil. Sadəcə fars şovinist rejimi Milli Hərəkatda nüfuz
sahibinə çevrilmiş insanları yalançı şahidlik və tanınmışların imzasıyla sındırmağa çalışır. Həsən Əsədinin əleyhinə
yalan ifadələr verənlərdən biri də özünü milli fəalara Qafar kimi tanidan satqın Əfrasiyab Qəffari Mövlandır. Bu
şəxs Həsən Əsədinin GAİP-in məsulu olduğunu, indiyədək ona çoxlu məqalə və Azərbaycanla bağlı sənədlər
verdiyini “Ettelaat”a açıqlayıb. Ancaq Həsən Əsədi onu tanımadığını bildirib.














Əslində Əfrasiyab Qəffari Mövlan özünü GAİP üzvü kimi tanıdıb və bunda iddia edir. Halbuki bu şəxsin
yaxınlarından biri “Ettelaat”ın Təbriz şöbəsinin məsullarındandır. Bunlar planlı şəkildə milli fəalları izləyirlər.
Əfrasiyab Qəffari Mövlan son zamanlar “Mlan” adıyla paltakda milli fəallar barəsində məlumat toplamaqla
məşğuldur. O heç bir dildə yazib-oxuya bilmir. Ona görə də hər zaman yanında “Ettelaat” əməkdaşı olur. özü də
bu şəxs təkcə Həsən Əsədi deyil, digər milli fəalların əleyhinə yalançı şahidlik edib və onları “Ettelaat”a satıb.  
Hətta “Ettelaat”ın nömrəli kserokopiya makinasını bir qrup milli fəala verməklə onların bütün fəaliyyətini bu
qurumun nəzarəti altına keçirib. O, milli fəalların əleyhinə sənədlər toplayaraq onların həbsinə şərait yaradıb.
Xatırladaq ki, Həsən Əsədi bu yalançı şahidlik nəticəsində aylarla işgəncəyə məruz qalıb. Onun dirnağını
çəkiblər, şallaqlayıblar və s. Milli fəal dəfələrlə ağır işgəncələr altında huşunu itirib. Ancaq Həsən Əsədi bütün
işgəncələrə dözərək fars şovinistlərinə boyun əyməyib. İşgəncələrdən çoxlu qan itirən Həsən Əsədi komaya
düşərək Təbrizin Ustad Ali Nəsəb  xəstəxanasına qaldırılıb. Fars şövinist rejimi özünü təmizə çıxarmaq üçün
həbsxanada ölməsin deyə onu koma vəziyyətində ailəsinə təhvil verib. Bununla bağlı heç bir yerə məlumat
ötürülməməsi üçün onları ciddi təhdid ediblər. “Ettelaat”dan bildirilib ki, əgər buna əməl etməsələr, onları da bu
günə salacaqlar və ya maşın qəzasında öldürəcəklər. Bütün işgəncələrə qəhrəmancasına sinə gərən Həsən Əsədi
ailəsinin səyləri nəticəsində sağalıb. Bundan sonra onu yenidən həbsxanaya aparıblar. Hazırda milli fəalın ailəsi
“Ettelaat”ın basqısı altındadır. Bu baxımdan onun durumuyla bağlı heç bir şey deyə bilmirlər. Onu da qeyd edək
ki, Güney Azərbaycanın bir çox milli fəalları fars şovinistlərinin zindanlarında ağır işgəncə altındadır. Həbsxana
şəraitində onların dırnaqları çəkilib. ümumiyyətlə zindanda barmağı sınan əksər milli fəallar belə bir işgəncəyə
məruz qalıblar. Xatırladaq ki, Həsən Əsədi 2007-ci ilin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq
Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının
üzvü olmaqda günahlandırılan soydaşımız 5 ay “Ettelaat”ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra
70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. 2008-ci ilin fevralında
Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. Həsən Əsədi İran adlanan yerdəki mövcud fars
şovinist rejiminə müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham
olunub və ona 1 il həbs cəzası verilib.



23.09.08 15:12 Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu

Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay
müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib.
İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib.
Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz
aksiyasında iştirak etdiyinə görə həbs edilərək neçə ay ETTELAAT orqanlarında işgəncələrə məruz qalmışdır.
Girov müqavilində azadlığa buraxılmışdır.
Sonuncu dəfə may hadisələrinin ikinci ildönümü ərəfəsində Təbrizdə həbs edilərək bir ay təknəfərlik kamerada
saxlanılaraq ağır işgəncələrə məruz qalmışdır.
Hal hazırda Həsən Əsədi Təbriz həbsxanasında saxlanılır







Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu
2008-09-25 11:27:00
Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay
müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib.

İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib.

Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz
aksiyasında iştirak etdiyinə görə həbs edilərək neçə ay ETTELAAT orqanlarında işgəncələrə məruz qalmışdır.
Girov müqavilində azadlığa buraxılmışdır.

Sonuncu dəfə may hadisələrinin ikinci ildönümü ərəfəsində Təbrizdə həbs edilərək bir ay təknəfərlik kamerada
saxlanılaraq ağır işgəncələrə məruz qalmışdır.

Hal hazırda Həsən Əsədi Təbriz həbsxanasında saxlanılır.





ETTELAAT məmurları Güney Azərbaycan Milli hərəkat fəalı Həsən Əsədini öldürmək istəyirlər





Məlum may hadisələrinin ikinci ildönümü ərəfəsində mayın 17 – də İran Ettelaat tərəfindən tutulan tanınmış milli
hərəkat fəalı Həsən Əsədinin vəziyyəti də  olduqca ağırdır.

əldə etdiyimiz məlumata görə,  Ettelaat məmurlarının işgəncəsi altında saxlanılan H.Əsədinin anası Ettelaat
idarəsinə müraciət edərək, oğlunun heç bir qanuni əsas olmadan tutulmasına kəskin etirazını bildirib və onun azad
olunmasını tələb edib.

O, Ettelaat məmurlarına deyib ki. Ya oğlumu azad edeceksiniz, ya da bizi də tutacaqsınız. Onun belə kəskin
etirazından sonra o, oğlu Həsən Əsədi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib. H.Əsədi telefonda zəif və
batıq səslə danışıb. Məlumatlara görə, H. Əsədi ağır işgəncə altındadır. Hətta, ona elektroşok tətbiq edilir.  
Xatırladaq ki, bir müddət öncə də milli hərəkatda fəaliyyətinə görə Həsən Əsədi ETTELAAT məmurları
tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra Təbriz İnqilab məhkəməsi tərəfindən bir il həbsə
məhkum edilmişdir.

Güney Azərbaycan İstiqlal Partiyası
Araşdırma və İnformasiya Mərkəzi










Həsən Əsədi  ağır işgəncədən həyatları təhlükədədir

Ərdəbildən aldığımız məlumata görə, 2007 - ci il 19 bəhmən ( fevral ) ayında Ərdəbil şəhərində yerləşən zindanın
qarşısında milli aktiv, uzun müddətdir zindanda haqsız yatan Abbas Lisanlıya görə bir qrup Azərbaycanlı aksiya
keçirmişdir. Elə oradaca onlar yaxalanmış və həmin gündən də ağır işgəncəyə məruz qalmışdırlar.Onların harda
və hansı vəziyyətdə saxlanmaları haqqında hələ də bu günkü günə qədər nə ailələri, nə də ictimaiyyət heç bir
məlumat bilmir. Ettelaat məmurları da onun ailəsinə bu haqda heç bir xəbər vermir, əksinə onları həbslə hədələyir.

Aldığımız dəqiq məlumata görə Həsən Əsədi çox ağır işgəncəyə məruz qaldıqları üçün həyatları təhlükədədir.
Qeyd edək ki, onlarla tutulan başqa Azərbaycanlılar da ağır işgəncəyə məruz qalmışdırlar.

azadtribun



23.05.08 14:56
Milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb

Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümünü yaxınlaşdığı günlərdə Güney
Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb. Milli hərəkatdan verilən məlumata
görə ehtimal olunur ki, Həsən Əsədi ETTELAAT məmurları tərəfindən oğrulanıb və naməlum yerdə saxlanılır.
Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli hərəkatda fəaliyyət göstərdiyinə görə ETTELAAT məmurları
tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum
edilmiş, 70 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. May hadisələrinin ildönümü
ərəfəsində Həsən Əsədi ilə yanaşı çoxlu sayda tanınmış milli hərəkat fəalları ETTELAAT məmurları tərəfindən
həbs edilmişdir.



MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR
YAYILIB
2009-01-07 - 12:53:00

Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir. Güney Azərbaycan İstiqlal
Partiyasından «Media forum» saytına verilən məlumata görə, H.Əsədini həbsxanada ipdən başaşağı asıblar,
şallaqlayıblar, dırnağını çəkiblər. Əsədinin dəfələrlə işgəncə altında bayıldığı, komaya düşdüyü və koma
vəziyyətində Tərbizin Ustad Alinəsəb Xəstəxanasına aparıldığı vurğulanır.
Məlumata görə, işgəncə xəbərinin yayılmaması üçün İranın rəsmi qurumları H.Əsədinin ailəsini təhdid də edib.
Güney Azərbaycan İstiqlal Partiyası bildirir ki, ailəsinin köməyi ilə H.Əsədi sağalıb, bundan sonra onu yenə
həbsxanaya köçürüblər.
İşgəncələrdə məqsədin H.Əsədini bir sıra ifadələrə qol çəkdirməyə məcbur etmək olduğu, amma milli fəalın
bundan boyun qaçırdığı deyilir.
H.Əsədi 2007-nin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında
keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan
Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən
70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.

2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. H.Əsədi İran İslam
Respublikasına müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham
olunub və ona 1 il həbs cəzası verilib.
("Media Forum")




“Ettelaat” Həsən Əsədinin ailəsinə təzyiqlərindən əl çəkmir



Bu yolla soydaşımızın Güney Azərbaycana dönməsinə çalışılır

Milli fəal yaxın qoxumu Məhəmməd Əli Qadirinin bu quruma işlədiyini aşkarlayıb

İran adlanan yerdə dəfələrlə həbs və ağır işgəncələrə məruz qalmış milli fəal Həsən Əsədinin ailəsinə qarşı
basqılar tükənmir. "Ettelaat" Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmış soydaşımızın ailəsinə təzyiqləri
artırmaq üçün indi onun yaxın qohumundan istifadə etməyə başlayıb. Belə ki, Təbrizin Ticarət İdarəsinin "124"
məlumat bürosunun rəisi vəzifəsində işləyən və "Ettelaat"a bağlı olan Məhəmməd Əli Qadiri qohumluq
əlaqələrindən sui-istifadə edərək, milli fəala və onun fəaliyyətinə dair sənədləri ələ keçirmək üçün Həsən Əsədinin
ailəsinə yaxınlaşmağa çalışıb.

O, soydaşımıza məxsus sənədləri daha təhlükəsiz yerdə saxlamaq üçün bu addımı atdığını bildirib. Bu yolla
Məhəmməd Əli Qadiri Həsən Əsədiyə məxsus bir neçə şəkil və sənəd əldə edərək, onları "Ettelaat"a təhvil
verib. Soydaşımız da Məhəmməd Əli Qadirinin xəyanətkar hərəkətini bildikdən sonra onun "Ettelaat"la
əməkdaşlıq etdiyini aşkara çıxarıb. Hətta bu şəxs Həsən Əsədi barəsində ölüm hökmünün çıxarılması üçün də
təşəbbüs göstərib. Hətta Məhəmməd Əli Qadiri soydaşımızın Güney Azərbaycan dönməsi üçün onun ailəsini
hədələyib. Eyni zamanda "Ettelaat" milli fəalın ailəsini dəfələrlə idarəyə çağıraraq onları hədələyib və şəhərdən
çıxmalarına belə qadağa qoyub. "Ettelaat" bu yolla Həsən Əsədinin Güney Azərbaycana qayıtmasına çalışır.
Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli fəaliyyətinə görə həbs olunaraq ağır işgəncələrə məruz qalmış,
daha sonra bir il həbs cəzasına məhkum edilmişdi. O, bir necə ay həbsxanada saxlanıldıqdan sonra 75 min ABŞ
dolları məbləğində mülk girovu qoyaraq şərti azadlığa çıxmışdı, ancaq "Ettelaat"ın basqılarından yaxa qurtarmaq
üçün sonda ölkəni tərk etmək məcburiyyətində qaldı.



Milli fəal Həsən Əsədi barəsində heç bir xəbər yoxdur


04.02.09 13:42


Bu il yanvarın 20-də Güney Azərbaycanın Təbriz şəhərində həbs olunmuş milli fəal Həsən Əsədi barəsində heç
bir məlumat verilmir. "Ettelaat" əməkdaşlarının saxladığı soydaşımızın ailəsinin bu istiqamətində səyləri nəticəsiz
qalıb. Hətta İran adlanan yerin təhlükəsizlik orqanı onun barəsində xarici kütləvi informasiyalarına məlumat
ötürülməməsi üçün Həsən Əsədinin yaxınlarını təhdid edib.

Xatırladaq ki, Həsən Əsədi yanvarın 19-da (deyin 30-da) məhkəməyə çağrılıb. Məhkəməyə qeyri-qanuni
çağırılmasına və ona qarşı irəli sürülən əsassız ittihamlara etiraz əlaməti olaraq soydaşımız məhkəməyə getməkdən
imtina edib. Həsən Əsədinin məhkəməyə getməməsi barədə həmin qurum heç bir xəbərdarlıq təqdim etmədiyi
halda, yanvarın 20-də (bəhmənin 1-i) "Ettelaat" əməkdaşları onun evinə basqın düzənləyərək milli fəalı özlərilə
aparıblar. Həsən Əsədi saxlanılmasına etiraz əlaməti olaraq müqavimət gostərib. Şahidlərin dediyinə görə, milli
fəal "bozqurd" işarəsi tutaraq uca səslə "Rədd olsun işğalçı fars!", "Yaşasın müstəqil Güney Azərbaycan!"
şüarlarını səsləndirib. Qeyd edək ki, Həsən Əsədi 2007-ci ilin fevralında milli fəal Abbas Lisaninin həbsinə etiraz
əlaməti olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay
"Ettelaat"ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə
məruz qalıb. Bundan başqa, may hadisələrinin ildönümü ərəfəsində soydaşımız yenidən tutulub və daha dəhşətli
işgəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti
olan "press" maşınının altına salıblar, dırnağını çəkiblər. İşgəncələrin şiddətindən komaya düşən Həsən Əsədi
Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. özü də Həsən Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının
üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də günahlandırılır.







Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu


Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu  Müvəqqəti
azadlığa buraxılmış Güney Azərbaycan milli fəalı Həsən Əsədi yanvar ayının 19-da (dey ayının 30-da)
məhkəməyə çağrılmış, lakin məhkəməyə qeyri-qanuni çağrılmasına və məhkəmənin ona qarşı irəli sürdüyü əsassız
ittihamlara etiraz əlaməti olaraq o, məhkəməyə getməkdən imtina etmişdir. Həsən Əsədinin məhkəməyə
getməməsi barədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq təqdim olunmadığı halda, yanvar ayının 20-də
(bəhmən ayının 1-i) Ettilaat məmurları onu evinə basqın edib və Həsən Əsədini tutuqlayaraq aparıblar. Həsən
Əsədi tutuqlanmasına etiraz edərək müqavimət gostərib. Şahidlərin dediklərinə görə, o bozqurd işarəsi tutaraq
usa səslə “Rədd olsun işqalçi fars!”, “Yaşasın müstəqil Güney Azərbaycan!” şüarlarını söyləyib. Bu hadisəyə
şahid olan insanlar Ettelaat tərəfindən təzyiq altında yoxlamaya məruz qalıblar və onların əl telefonları əllərindən
alınıb. Hətta telefon vasitəsilə bu hadisəni çəkən iki nəfər tutularaq aparılıb və onların kimliyi, harada saxlandıqları
və ya sərbəst buraxıldıqları haqda hələ də heç bir bilgi yoxdur. Xatırladaq ki, azərbaycanlı milli fəal H.Əsədi
2007-ci ilin fevral ayında milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında
keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti
istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə məruz qalıb. Bundan başqa May hadisələrinin ildönümü
ərəfəsində o, yenidən tutulub və daha dəhşətli işkəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram
ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti olan "press"in altına salıblar, dırnağını çəkiblər. İgəncələrin
şiddətindən komaya düşən H.Əsədi komatoz vəziyyətdə Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. Həsən
Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də suçlandırılır.
gaip


Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu
Müvəqqəti azadlığa buraxılmış Güney Azərbaycan milli fəalı Həsən Əsədi yanvar ayının 19-da (dey
ayının 30-da) məhkəməyə çağrılmış, lakin məhkəməyə qeyri-qanuni çağrılmasına və məhkəmənin ona
qarşı irəli sürdüyü əsassız ittihamlara etiraz əlaməti olaraq o, məhkəməyə getməkdən imtina etmişdir.
Həsən Əsədinin məhkəməyə getməməsi barədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq təqdim
olunmadığı halda, yanvar ayının 20-də (bəhmən ayının 1-i) Ettilaat məmurları onu evinə basqın edib və
Həsən Əsədini tutuqlayaraq aparıblar. Həsən Əsədi tutuqlanmasına etiraz edərək müqavimət
gostərib. Şahidlərin dediklərinə görə, o bozqurd işarəsi tutaraq usa səslə “Rədd olsun işqalçi fars!”,
“Yaşasın müstəqil Güney Azərbaycan!” şüarlarını söyləyib. Bu hadisəyə şahid olan insanlar Ettelaat
tərəfindən təzyiq altında yoxlamaya məruz qalıblar və onların əl telefonları əllərindən alınıb. Hətta
telefon vasitəsilə bu hadisəni çəkən iki nəfər tutularaq aparılıb və onların kimliyi, harada
saxlandıqları və ya sərbəst buraxıldıqları haqda hələ də heç bir bilgi yoxdur. Xatırladaq ki,
azərbaycanlı milli fəal H.Əsədi 2007-ci ilin fevral ayında milli fəal Abbas Lisaninin həbsinə etiraz
olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay
ETTELAAT-ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında
işgəncəyə məruz qalıb. Bundan başqa May hadisələrinin ildönümü ərəfəsində o, yenidən tutulub və
daha dəhşətli işkəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar,
sonra da xüsusi işgəncə aləti olan "press"in altına salıblar, dırnağını çəkiblər. İgəncələrin şiddətindən
komaya düşən H.Əsədi komatoz vəziyyətdə Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. Həsən
Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də
suçlandırılır.
dünya mediyalari

http://mirzexezerinsesi.net/articles/2007/02/14/erdebil-hebsxanasi-qarshisinda-oturaq-aksiya-kechiren-hesen-esedi-ve-daha-bir-ne
che-milli-feal-hebs-olunub

http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=583

http://www.azadliqradiosu.az/content/article/378558.html

http://www.adapp.info/az/index.php?option=com_content&view=article&id=64:adapp-aylq-hesabat--yanvar-2009-ci-il&catid=1:aylq
-hesabat&Itemid=55

http://www.az.apa.az/xeber_Iranda_azerbaycanli_feal_Hesen__144761.html

http://mirzexezerinsesi.net/articles/2009/01/07/milli-feal-hesen-esedinin-hebsxanada-agir-ishgencelere-meruz-qaldigi-bildirilir

http://bakitebriz.azeriblog.com/2009/04/23/ettelaat-hesen-esedinin-ailesini-saxlayib

http://www.mediaforum.az/articles.php?article_id=20080207080053314&lang=az&page=03

http://www.presspost.az/index.php?type=xebergoster&xeber=yazar&id=9244

http://menemde.azersayt.com/blog.html?page=comments&member=insanhaqlari&newsid=27525

http://www.sherg.az/2009/01/27/get=14221

http://www.mediaforum.az/articles.php?article_id=20090107123740099&page=03&lang=az&eu=0

http://www.gaip.biz/arasdirma/arsiv%20arasdirma/27sep07%20hesen%20hesedi%20yene%20teziqlere%20meuz%20qalip
.htm

http://www.urmu-oyrencisi.blogfa.com/post-92.aspx

http://www.chrr.biz/spip.php?article2406

http://www.azadtribun.net/x1835.htm

http://www.azadtribun.net/x19070.htm

http://www.adapp.blogfa.com/post-61.aspx

http://mirzexezerinsesi.net/articles/2007/12/29/ettelaat-emekdashlarinin-tebrizli-feal-hesen-esedinin-aile-uzvlerini-ciddi-tezyiq-a
ltinda-saxladigi-barede-melumatlar-yayilib

http://www.dunazhak.net/discriptturkish443.htm

http://www.voanews.com/azerbaijani/news/a-56-2007-02-10-voa1-88619947.html?CFTOKEN=86152243&jsessionid=6630ea7e5d11e
6ee71d63b3814e33655d285&CFID=344523257

http://news.xazar.com/az/15395/ettelaat_milli_f%C9%99al_h%C9%99s%C9%99n_%C9%99s%C9%99dini_h%C9%99bs_edib.ht
ml

http://www.adapp.info/az/index.php?option=com_content&view=article&id=190:allaq-hoekmuenuen-icrasna-mane-olan-abbas-lisa
ni-yenidn-hbs-edilib&catid=25:xbrlr-&Itemid=54


http://ria.az/gundem/12099.txt