Dəyərli millətimiz!



Bildiyiniz kimi, iran adlanan ölkədə seçki oyunları başa çatdı
və saxtakar fars faşist rejiminin əsil simasını bütün dünya bir daha
gördü. Rejimin seçki adı altında başladığı bu prosesin məlum nəticəsi
30 il istismarçı, işğalçı siyasət yürüdən molla hakimiyyətinin yalanlara
söykənən mahiyyətini tam çılpaqlığı ilə gِstərmiş oldu. Bu mahiyyəti
düzgün dəyərləndirən Güney Azərbaycan milli hərəkatı seçki ِncəsi
proseslərdə rejimin saxta seçki oyunlarına "Yox!" dedi və adayların
təbliğat yığıncaqların “Haray, haray, mən türkəm!”, “Yaşasın
Azərbaycan!”, “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır!” şüarları
ilə milli istəklərimizi gündəmə gətirməklə bu istəklərin kütləviləşməsi
prosesini gerçəkləşdirdi. Bunun nəticəsidir ki, bu dönəmdə bəzi
üzdəniraq prezidentliyə aday olmuş şəxslər Azərbaycan torpaqlarında
türk dilində danışmağa məcbur oldular, bu millətin kimliyini, dilini inkar
edə bilmədilər. Rejim çox çalışdı ki, Azərbaycan türklərini də bu oyuna
çəksin. Rejimə bağlı bəzi quvvələr də əsassız çıxışlarla seçkilərdə
iştirakın vacibliyini təbliğ etsələr belə, millətimizin milli iradəsini öncədən
planlaşdırılmış istiqamətə yِnəldə bilmədilər və Güney Azərbaycan milli
hərəkat fəalları yaranmış şəraitdən düzgün yararlanaraq
millətimizin milli mənafe və istəklərini bir daha göndəmə gətirdilər. Bu
əslində Güney Azərbaycan milli hərəkatının iran adlanan ölkənin siyasi
cərəyanlarında azərbaycan türkünün kimliyinin və milli istəklərinin daha
mütəşəkkil şəkildə gündəmə gətirilməsi dönəminə yeni bir başlanğıc
oldu . Bütün bu kimi gerçək prosesləri nəzərə alaraq, GAİP bu
istiqamətdə çaba gِstərən bütün milli fəallarımızın məsuliyyətli
fəaliyyətlərini yüksək qiymətləndirir və faşist rejiminin qarşısına
"Bozqurd" simgəsi ilə çıxan və milli iradəmizin möhtəşəmliyini gِstərən
milli fəallarımıza minnətdarlığını bildirir.


Sayğıdəyər millətimiz!


Güney Azərbaycan milli hərəkatının diqqətdə saxlamalı olduğu
məqamlardan biri də rejim daxilində getdikcə dərinləşən parçalanma
prosesidir və milli hərəkatımız bu proseslərdən də yalnız millətimizin
milli maraqlarını əsas tutaraq faydalanmalıdır. Bilməliyik ki, fars faşist
molla rejiminin daxilində başlanan "uçuruma yuvarlanma" prosesi
getdikdə dərinləşəcək və hakimiyyət adı altında mafiya sistemini
oluşduran quvvələr daha açıq savaşa girəcəklər. Mafiyalaşmış siyasi
sistemin bir qolunun başında duran Haşimi Rəfsəncani Əli Xameneyini
nüfuzdan salmaq məqsədi ilə bir sıra hədələyici
oyunların başlanmasına start verdi. Eyni zamanda bu sistemin başında
duran Əli Xameneyi isə bunun qarşılığı olaraq öz hərbi və siyasi
imkanlarını səfərbər etməklə özlərini islahatçı adı ilə tanıtdıran bütün
quvvələri və onların tərəfdarlarını aldatdı və hakimiyyət uğrunda
savaşın yeni boyutlarını ortaya qoydu. Bu gün iran adlalnan ölkədə
saxtakarlığın qurbanı olmuş insanların "Səslərimizi qaytarın!” şuarları
rejim daxildə sarsıdıcı bir dِnəmin yaşandığının gِstəricisidir. Bütün bu
proseslərdə Güney Azərbaycan milli hərəkatı, milli təşkilatlarımız və
uzaqgörən şəxsiyyətlərimiz cox ayıq olmalı, gedən proseslərə milli
mənafe nöqteyi-nəzərindən yanaşmalı və milli savaşımızın qələbəsinə
daha güclü təkan verməlidirlər. Biz Güney Azərbaycan İstiqlal Partiyası
bütün milli fəallarımızı tədbirli olmağa, mənasız ixtilafları kənara
qoymağa və birliyə dəvət edirik. Ümid edirik ki, birliyimizdən doğan güc
əsasında Güney Azərbaycanımızın milli taleyini öz əlimizə alaraq,
bağımsız, demokratik bir cəmiyyətdə yaşamağa layiq millət
olduğumuzu bütün dünyaya gِstərəcəyik. İnanırıq ki, bu istiqmətdə
atılaçaq addımlar ِz müsbət nəticəsini verəcək və Millətimizin
Bağımsızlıq uğrunda mübarizəsini gercəkləşdirəcək.




Güney Azərbaycan İstiqlal Partiyası 13.06.09

tarix ( Saturday, 13 June 2009 )  

GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ


MÜRACİƏTİ