Baybak sitəsinin təxribatları

    Baybak sitəsi kimliyi bəlli olmayan  kimsənin görmədiyi və tanımadığı, heç bir milli  aksiya  və
    fəaliyyətdə, nə keçmişdə nə də  indi olmayan, özünü millətçi göstərməyə çalışan Məsud İntizar adı ilə  
    özün  tanıtdıran şəxs  yüksək  səviyyədə eytilmiş təxribatçıdır.

    Məsud  İntizarın  milli  mübarizəmizə və millətçiliyə
    qarşı  fəalyyəti  ilk olaraq şantaj xarakterli  yazılarla başladı. Bir  müddətdən sonra  milli fəallara və
    şəxslərə,  daha sonra təşkilatlara  qarşı təxribata başladı. Təbiidir ki,  bu cür təxribatçının yazılarına  
    heç bir  milli  sitə ya grup yol vermədiyi üçün təkcə Əli Hamid İman  və onun sitəsindən  milli fəalları
    təxrib etməyə dəvam etdilər. Həyasızlıgı o dərəcəyə yetirdilər ki, Azərbaycanın tanınmış fəallarını  
    əxlaq  pozuntuluğuna  ittihama başladılar. Bu  çirkin əməli milli fəallar bütövlükdə məhkum edərək   
    Şəms Təbriz sitəsini təhrim etdilər  və nəhayət o sitə rüsvay olduğu üçün  bağlandı.

    1385-ci il xordad qiyamının ardından baybak.com daha da  aktivləşdi. Həmin surələrdə Günaz Tv
    hərəkətin irtibatını sağladığı üçün bu kanaldan faydalanmağa çalışan Məsud İntizar  bizim
    müqavimətimizi  gördükdə  iyun 2006 da Günaz Tv-yə gələn sənəd və xəbərləri əngəlləmək üçün
    Günazın  mailinə problem yaratmağa çalışdı. Sonralar aşkarcasına yeganə  milli TV-mizə  hücumlara
    başladı və TV-ni qara qutu, amerika  qulluqçusu, İsrail nökəri adlandırdı. İttəhamlara diqqət etdikdə  
    cumhuri islaminin  Günaz TV-yə  vurduğu itəhhamlarının  təkrarlamasıdır.

    Azərbaycan milli hərəkətini  bədnam etmək  üçün baybak.com  sitəsi 1385-ci il 21 Azər günü  Peyman
    Pakmehrilə birlikdə   bir   şəkil fotoşapla montaj edib  baybak.com -a  yerləşdirdi və ondan qaynaq
    kimi faydalanıb  fars sitələrində və xarici sitələrdə  təbliğ etməgə başladilar  ki guya azərbaycanlılar
    kitab yandırandır.  Bu şəkilin montaj  və qondarma olduğunu bütün Azərbaycan təşkilatları  sübut
    edərək  bu yalan xəbəri məhkum etdikdə, Məsud İntizar  israrla azərbaycanlıların kitab yandıran
    olduqlarını sübut etməyə  çalışırdı  və bəlli miqdarda  bu üzdən hərəkətimizə beynəlmiləl sahədə
    zərbə vurub və fars şövinizminə böyük xidmət etdi.

    Məsud İntizar  və baybak.com sitəsinin işlərindən biri də hərəkətdə təşkilatlanmağı  əngəlləmək  
    olmuşdur. Məhz  buna  görədir ki, baybak.com sitəsi  bu günə qədər   heç bir Azərbaycan təşkilatını
    dəstəkləməyib, bəlkə bütün  təşkilatları təxrib etmişdir.
    Misal:     http://www.11008.baybak.com/il_11008_say_509.azr
    yazıda  bütün Azərbaycan təşkilatlarını təxrib edir və hətta 39 -40 paraqrafda GAİP-i  terrorizmlə
    işbirliyində ittiham edir. (Bu ideanı elbəttə  İran İslam cumhurisi  GAİP haqda  işlədib və bir neçə
    məmləkətdən   o ölkələrdə GAİP- in fəaliyyətinin  əngələməsini və üyələrinin tutuqlanmasını tələb
    edibdir) Baybak sitəsi cumhuri islamının   sözünü gəvşəməsi heç də təəcüblu deyildir.

    Bu yazıda http://www.11008.baybak.com/il_11008_say_787.azr Məsud   İntizar   təbrizli  Baybak
    adıyla  7- ci paraqrafda milli fəallar  və millətimizə  baxışını və onun gözündə  millət və milli fəalların
    nə qədər  alçaq olduğunu nümayiş etdirir.  آدلانديرانلارين منيم دوشونجه لردن نه ضررلري بو آرادا منيم آنلاديغيم آما قبول
    ائده بيلمه ديگيم بير اولاي وار، اؤزلرين ميللي فال قوشقوردورلار؟اولاجاقدير کي چوخ سرت و جيدي اولاراق اونلارا قارشي دوراراق
    هاميني منيم اليهيمه
    Latıncası:
    “bu arada mənim anladığım, amma qəbul edə bilmədiyim
    bir olay var, özlərini milli fəal adlandıranların mənim düşüncələrdən nə zərərləri olacaqdır ki çox sərt
    ciddi olaraq onlara qarşı duraraq hamını mənim əleyhimə quşqurdurlar?”

    Yuxarıdakı yazıda  Məsud  İntizar milləti  və  milli fəalları  nə hesab edir  ki, onlara belə iyrənc
    “quşqurdallar” kəlməni işlədir. Hamıya məlumdur ki, nəyi quşqurdallar. Fars şövinizminin amili və milli
    xaindən  başqa kim  millət və millətçiyə belə əhanət edə bilər?

    Baybak.com sitəsinin yazılarının böyük hissəsində bu kimi təxribatlar görünməkdədir. Türkiyəni
    gözdən salmaq, Azərbaycanın əlehinə yazmaq, Azərbaycan  və türk qutsallarına əhanət  bol-bol bu
    sitədə  və Məsud İntizarın dəyişik adlarla yazısında  görünməkdədər.

    Baybak.com  müxtəlif yollarla milli
    fəalları   tanıyıb, onları  informasiyasini toplamaqdadır. Baybak.com  sitəsinə girən hər kəsin İP-si
    dərhal zəbt olunur, eyni zamanda  bu sitəyə girdiyiniz andan  komputerinizə kooki gəlir  və  
    komputerinizdə olan butun bilgiləri baybak.com-a gondərir. Yüksək əmniyyət sistemini  hazırlamadan  
    bu sitəyə  girmək həmin bilgisayarda  bütün  bilgilərin oğurlanmasına səbəb olacaqdır.

    Indiyə qədər  neçə dəfə  müxtəlif bəhanələrlə  sitəyə girənlərdən  ad, familiya, doğum tarixi, adres,
    cinsiyyət, təhsil, iş, harda yaşayırsınız  və bu kimi informasiyalar  sorqulamışdır.  Soruşmaq lazımdır
    ki, Məsud İntizar öz informasıyasını kimsəyə vermir, nədən siteyə  girənlərdən  bu informasiyaları  
    istəyir?

    Baybak.com  ana səhifəsində seksi qızların şəklini yerləşdirərək  gencləri  tələyə salıb zəf tutmaqla
    məşğuldur. O şəkillərə   tıklayan hər kəsdən  bir sürü  bilgilər  sorulur  və  eləcə də   şəxsin  İP- si  
    zəbt olunur, bu bir yandan  gəncləri fəsada  sovq vermək məqsədilə başqa yandan isə   ora girənləri
    zamanında    əxlaqı  bir zəf kimi susdurmaq  üçündür.

    Baybak.com bunlardan əlavə partiya və təşkilat adları ilə də   meydana çixaraq  siyasi  gənclərimizi   
    tuzaqa salmaq istəyir. Milli partiya diyə sitə də  bu məqsədlə yaranmışdır.

    Baybak.com sitəsi  milli şəxsiyyətlərin bəzi yazılarını sitəsində yaymaqla onların etibarından
    faydalanıb özünə məşruiyyət qazanmağa çalışır.  
    Bütün qrup şəxsiyyətlərimizin bu məsələyə diqqət yetirmələri zəruridir ki, etibarları yalnış amaclar
    üçün kullanılmasın. Həmin məqsədlə  baybak.com sitəsi  GAİP linkini sitəsinə yerləşdirmişdir.  Biz
    buna kəskin etiraz edərək baybak.com-in adımızdan su istifadə etməsini pisləyir  və dərhal adımızın  
    sitəsindən çıxarmasını istəyirik.

    Sonunda elan edirik  ki, GAİP bütün milli fəal
    təşkilatları baybak.com  təxribat  çətəsinin qarşısında   müdafiə edəcəkdir.


    Güney Azərbaycan İstiqlal Partiyası  19.08.2008