GÜNEY  AZƏRBAYCAN    İSTİQLAL   PARTİYASININ


                   

                                            B Ə Y A N N A M Ə S İ  



ABŞ Konqresi  komitəsinin  tarixi həqiqətləri və real faktları nəzərə almadan  qondarna erməni
soyqırımı iddiaları ilə  bağlı qərara səs verməsi təkcə Türkiyə dövləti və millətinə qarşı yönəlmiş  bir
qərar deyil.  Bu qərar  həm də dünya türklərinə ünvanlanmış ədalətsiz bir qərardır.  ABŞ dövlətinin  
öz milli maraqlarını  qondarma erməni soyqırımı kimi yalançı iddialar üzərində  qurması  əslində
amerika dövləti və millətinin  maraqlarını təhlükə altına salması deməkdir. Amerika
konqresmənlərinin  bu mövqedən  çıxış etməsi  Amerikanın bölgədə aparılan  demokratikləşmə
prosesini , regional təhlükəsizliyi, türk dövlətləri ilə apardığı iqtisadi – siyasi münasibətləri  zərbə
altına qoymuş olur. Belə bir yanlış mövqe XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın müxtəlif
ərazilərində azərbaycan türkləri və digər millətlərə qarşı soyqırım  siyasəti aparan,  Azərbaycan
Respublikasının 20% ərazisini işgal edərək yaxın tarixdə həyata keçirdiyi dəhşətli Xocalı soyqırımını  
törədən, bölgədə  terroru dəstəkləyən İran fars rejimi ilə əlbir olan  erməni-faşist rejiminə meydan
açmış olur. Amerika konqresmənlərinin  Amerika dövlət siyasətini bu cür təhlükəli  oyunlar üzərində
qurmaları  demokratik dəyərləri şübhə altına salmaqla Amerikanın bu bölgədə   maraqlarını iflasa  
yönəltmiş olur.  
Güney Azərbaycan İstiqlal Partiyası  ABŞ Konqresi  komitəsi tərəfindən çıxarılmış bu  yanlış qərarı
pisləyərək,   qərarın Konqresin Nümayəndələr Palatasının ümumi iclasında  dəstəklənməyəcəyinə
umid edir. GAİP bütün amerika rəsmilərinə, xüsusilə də Amerika Prezidenti cənab Corc Buşa  
müraciət edərək, onları dünyada demokratik dəyərlərin beşiyi sayılan  Amerika dövlətini  bu kimi
siyasi oyunların girdabına  salmamağa çağırır.
GAİP bütün türk dünyasını belə bir ədalətsiz qərara biganə qalmamağa və  həmrəylik nümayiş
etdirməyə səsləyir.  



GÜNEY  AZƏRBAYCAN    İSTİQLAL   PARTİYASI

                                                                                                     11.10.2007