Güney Azərbaycan İstiqlal Partiyasının Güney Azərbaycan milli
təşkilatlarina müraciəti


Güney Azərbaycan İstiqlal Partiyasının Güney
Azərbaycan milli təşkilatlarina müraciəti




Dəyərli vətəndaşlar!



Bildiyiniz kimi, iran adlanan ölkədə faşist fars molla
hakimiyyəti özünün gerçək üzünü 10-cu prezident
seçkiləri adı altında nümayiş etdirdiyi açıq saxtakarlıqla
orada yaşayan millətlərə və bütün dünyaya bir daha
göstərdi. Bu prosesin pərdəarxası gedişlərinə baxdıqda
bir məsələ aydınlaşır ki, rejim daxilində baş verən nüfuz
savaşı keçirilmiş saxta seçkilər və ona qarşı edilən
etrazlarla məhdudlaşmayacaq. Belə ki, öz iqtidarını
saxlamağa, eyni zamanda möhkəmləndirməyə çalışan
dini rəhbərlik strukturu və bu sistemə qarşı əks
mövqedə duran qüvvələr yeni gedişlərə cəhd
göstərəcəklər. Hadisələrin getdikcə daha kəskin
xarakter alması onu göstərir ki, nüfuz savaşında iştirak
edən və atdıqları addımlardan geri çəkilməyən hər iki
qüvvənin hələ oynayacağı yeni kartlar vardır . Bu
proseslərdə hər hansı tərəfin üstünlük əldə etməsi
vəziyyəti daha da mürəkkəbləşdirəcək və əgər bu
dönəmdə orada yaşayan qeyri-fars millətlər öz milli
maraqlarından irəli gələn mövqeyi ortaya qoya
bilməzlərsə, onların acınacaqlı durumu davam edəcək.
Tehranda başladılmış son qanlı olaylardan öz maraqları
üçün faydalanmağa cəhd edən bir sıra irançı təşkilatlar
bəyanatlarında və çıxışlarında Azərbaycan türklərini də
bu aksiyalara dəstək verməyə çağırırlar. Çox təəssüf ki,
bu məsələdə irançılıq mövqeyindən çıxış edən bəzi
azərbaycanlılar da onların diktəsi ilə hərəkət edirlər.
Lakin, belə bir dönəmdə iran adlanan ölkədəki bütün
proseslərdə əsas güc faktoru olan 35 milyondan çox
Azərbaycan türkünün özünün müstəqil milli-siyasi
mövqeyini geniş müstəvidə ortaya qoyması olduqca
önəmlidir. Bu həssas şəraiti nəzərə alaraq, Güney
Azərbaycan İstiqlal partiyası (GAİP) bütün Güney
Azərbaycan milli təşkilatlarina müraciət edərək , Güney
Azərbaycan milli azadlıq hərəkatının əsas hədəflərə
dogru düzgün irəliləməsi, milli mübarizəmizin
genişləndirilməsi və iranç

ı quvvələrin milli hərəkat adından sui-istifadə
etmələrinin qarşısını almaq məqsədilə Azərbaycan Milli
Cəbhəsinin yaradılmasını təklif edir və milli qüvvələri
birgə fəaliyyətə çağırır. İnanırıq ki, millətimizin
qurtuluşunu və milli mənafeyini hər şeydən üstün tutan
hər bir milli Azərbaycan təşkilatı bu çağırışa qoşularaq
milli cəbhənin yaradılmasında yaxından iştirak edəcək.
Əgər Güney Azərbaycanın milli qüvvələri bu prosesdə
gec addım atmıış olarlarsa, heç şübhəsiz ki, irançı
quvvələr milli hərəkatımızdan sui-istifadə etmək üçün
bir çox saxta oyunlara baş vuracaqlar. Belə bir tarixi
şəraitdə Vətənimiz Azərbaycanın övladları olaraq biz
üzərimizə düşən vəzifəni yerinə yetirməli və
millətimizin iradəsinə söykənərək milli qurtuluş
savaşımızı gücləndirməliyik. Öncədən bu milli cağırışa
qoşulan hər bir azərbaycan təşkilatını alqışlayırıq,
onlara sevgi və sayğımızı bildiririk. Əminik ki,
Azərbaycanımızın parlaq gələcəyi üçün güc birliyimizi
uğurla səfərbər edəcəyik.


Güney Azərbaycan İstiqlal Partiyası 23.06.09