Urmu gölünün qurudulması ilə bağlı keçirilən etiraz aksiyasına
Güney Azərbaycan İstiqlal Partiyasının dəstək
B Ə Y A N A T I


Güney Azərbaycanın quzey-batı və Xəzər dənizinin güneyində yerləşən Urmu gölü
Güney Azərbaycanın ən böyük gölüdür. Dünyanın ikinci duzlu gölü kimi UNSCO
tərəfindən təbii xəzinə kimi tanınan, Güney Azərbaycanın təbii tarazlığını qoruyan
Urmu gölü fars faşist rejiminin məqsədyönlü apardığı siyasət nəticəsində quruma
təhlükəsilə üz-üzədir. Ekoloji mütəxəssislərin proqnozlarına görə, Urmu gölü
ekoloji böhran vəziyyətindədir. belə ki, 102 adası olan Urmu gölü flamingo və ağ
pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və
qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata
görə, Urmu gölündə 546 növ bitki mövcuddur. Gölə axan çayların istiqamətinin
məqsədyönlü olaraq dəyişdirilməsi, həmçinin çoxlu sayda su bəndlərinin
tikilməsinin nəticəsidir ki, hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb və bu
göstərici kritik normadan 2 metr aşağıdır. Hazırda göldə yaşanan bu böhranlı
vəziyyət Artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onlarının
nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmu gölünün suyunun çəkilməsi duzlaqların
ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm
insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala
salır ki, bununla da Güney Azərbaycandakı minbit ərazilərin ekoloji tarazlığı
pozulur.Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə
baxmayaraq, fasr molla rejimi gölün məqsədyönlü surətdə qurudulmasında israrlı
görünür.
Rejimin bu siyasətinə etiraz əlaməti olaraq, 2010-cu il aprel ayının 2-də (1388-ci
il Fərvərdin ayının 13 -ü) saat 12-də Güney Azərbaycan milli fəalları və Tıraxtur
futbol takımının yüz minlərlə tərəfdarı simvolik olaraq bir bardaq su ilə Urmu
körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə fars faşist rejiminə
etirazlarını bildirəcək , eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji
böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış
olacaqdır.
Biz, Güney Azərbaycan İstiqlal partiyası olaraq, Güney Azərbaycan üçün önəmli
olan bu çağrışa qoşuluruq və millətimizin bütün kəsimini bu əhəmiyyətli aksiyada
iştirak etməyə çağırırıq. GAİP bəyan edir ki, Azərbaycan türkü millət olaraq ona
məxsus milli və tarixi sərvətlərinin fars faşist siyasətinin qurbanı olmasına imkan
verməyəcək və aparılan bu kimi siyasətlərə qarşı milli iradəsini həmişə olduğu
kimi bir daha göstərəcək.

Güney Azərbaycan İstiqlal Partiyası 17.03.2010
gaip@gaip.org        www.gaip.org           www.gaip.biz
Tel:001 416 9108049