XOCALI SOYQIRIMININ 18-Cİ ANIM İLİ İLƏ BAĞLI
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ
B Ə Y A N A T I



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu dəstələri  Rusiyanın 366-cı
motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşən Xocalı
şəhərini işğal etdilər və bu işgal nəticəsində 613 nəfər günahsiz Xocalı sakini qətlə
yetirildi,   1300 nəfərə yaxın mülki vətəndaş girov götürüldü. Onların 150 nəfərinin taleyi
hələ də məlum deyil. Yaxın tariximizin faciəsi olan Xocalı qətliamı millətimizə qarşı
törədilən ən dəhşətli soyqırımdır.

Xocalı soyqırımının 18-ci anım ili ilə əlaqədar dünyanın bir çox ölkələrində tədbirlər
keçiriləcək. Ancaq, iran adlanan ölkədə millətimiz tərəfindən anım mərasimin keçirilməsi
hər il müxtəlif güc strukturlarının müdaxiləsilə məhdudlaşdırılıb, milli fəallarımız basqı və
həbslərə məruz qalıblar. Bütün bunlar o halda baş verir ki, rejim özünü dünya
müsəlmanlarının dəstəkçisi kimi qələmə verir, digər tərəfdən isə qondarma erməni
soyqırımını dövlət səviyyəsində himayə edərək, Xomeyni adına “İmdad” komitəsi,
“Şəhidlər” fondu tərəfindən maliyyələşdirir, təbliğat və tədbirlərin keçirilməsinə şərait
yaradır. Güney Azərbaycan İstiqlal Partiyası iran adlanan ölkədə erməni yalanlarına
havadar çıxan fars faşist molla rejiminin 35 milyonluq Güney Azərbaycan türklərinə qarşı
apardığı anti-türk siyasətini pisləyir və rejimdən belə çirkin əməllərin dayandırmasını
tələb edir.


Fitnəkar və qəddar erməni terrorçuları bilməlidirlər ki, 50 milyonluq Azərbaycan Türkü   
yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirərək,  haqlı tələblərindən əl
çəkməyəcək və bu istiqamətdə  sülhsüvər dünya dövlətləri ilə birgə beynəlxalq terror
şəbəkəsinin bir hissəsi olan erməni  terrorçuları ilə  mübarizəsini davam etdirəcək.
Biz,  Azərbaycan türkü olaraq XX əsrdə insanlığa qarşı  yönəldilmiş bu dəhşətli faciəni –
Xocalı soyqırımını bəşəriyyətin yaddaşına həkk etdirməliyik. Inanırıq ki, Xocalıda
törədilmiş soyqırım beynəlxalq hüquqi-siyasi qiymətini alacaq, faciənin ideoloqları  ,
təşkilatçıları və icraçıları layiqincə cəzalandırılacaqlar. Azərbaycanlılara qarşı törədilmiş
soyqırım aktları, xüsusilə də Xocalı soyqırımı heç bir zaman Güney Azərbaycan türkləri
tərəfindən unudulmayacaq və Azərbaycanımızın  ayrılmaz hissəsi olan  Dağlıq Qarabağ  
və ətraf rayonların  işğaldan azad edilməsi üçün onlar əllərindən gələni əsirgəməyəcəklər.


GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI
24.02.2010